Zənginləri yeyin
"Zənginləri yeyin" (ing. Eat the rich) — antikapitalizm və solçu siyasətlə əlaqəli siyasi şüar. Bu, müxtəlif şəkildə sinfi mübarizə, sərvətin yenidən bölüşdürülməsi tələbi üçün metafora kimi istifadə edilir. Bu ifadə, adətən, siyasi filosof Jan-Jak Russoya aid edilir. O, ilk dəfə Fransa inqilabı zamanı populyarlaşan "Xalqın daha yeməyə heç bir şeyi qalmayanda onlar zənginləri yeyəcəklər" sitatını söyləmişdir.
Paris Kommunasının prezidenti Pyer Qaspar Şomett 14 oktyabr 1793-cü ildə terror dövründə şəhərdə etdiyi çıxışda demişdir:
Bu ifadə əvvəlcə Fransa zadəganlarının tənqidi idi, lakin sonralar Fransada ölkədə yoxsulluğu davam etdirən Fransa İiqilabının qəbul edilən uğursuzluqlarına cavab olaraq məşhurlaşmışdır.
XXI əsrdə bu ifadə artan sərvət bərabərsizliyinə və qida təhlükəsizliyinə cavab olaraq istifadə olunur. Bu ifadə ABŞ-də bu ifadə 2019-cu ildə proqressiv Demokrat namizəd Elizabet Vorrenin mitinqində izdiham tərəfindən Vorrenin sərvət vergisi ilə bağlı mövqeyi də daxil olmaqla sərvətin yenidən bölüşdürülməsi haqqında çıxışlarını təsdiqləmək üçün istifadə edilmişdir.
Cənubi Afrikada "zənginləri yeyin" ifadəsi Torpaq Partiyası tərəfindən 2021-ci il bələdiyyə seçkiləri üçün kampaniya şüarı olaraq istifadə edilmişdir.
İfadə onlayn əsas sosial şəbəkələrdə trend olmuşdur.